İsveçrədə 1968-ci ildə qəzaya uğrayan təyyarənin qalıqları aşkar edilib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, yüngül mühərrikli təyyarənin qalıqları turistlər tərəfindən Alets buzlağında aşkarlanıb.
Araşdırma zamanı tapıntının 1968-ci ilin yayında qəzaya uğramış “Piper Cherokee” təyyarəsinin qalıqları olduğu müəyyən edilib.
Məlumata görə, qəzaya uğrayan təyyarədə üç isveçrəli olub. Onlar hadisədən sonra sağ tapılıblar. Lakin 54 il ərzində təyyarənin qalıqlarını tapmaq mümkün olmayıb.