Modern.az

Qəzzadan İsrailə 350-yə yaxın raket atıldı

Qəzzadan İsrailə 350-yə yaxın raket atıldı

6 Avqust 2022, 23:28

“Sübh” əməliyyatının ilk günündə Qəzza zolağından İsrailə 350-yə yaxın raket atılıb.

Modern.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Bildirilib ki, “İslami Cihad” terrorçuları cümə günündən bəri 350-yə yaxın raket atıblar. Bunlardan 94-ü Qəzza zolağına, 29-u Aralıq dənizinə, ikisi Təl-Əviv yaxınlığına düşüb.

“Dəmir günbəz” hava hücumundan müdafiə sistemi 162 raketin qarşısını alıb. Məlumata görə, raket hücumları hələ də davam edir. Sderot və Eşkol şəhərləri atəş altındadır, Aşdodda isə bir neçə raket zərərsizləşdirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI