Modern.az

“Əcnəbilər həmişə kababdan danışırlar” – Qurban Qurbanov

“Əcnəbilər həmişə kababdan danışırlar” – Qurban Qurbanov

6 Avqust 2022, 23:33

Əcnəbilər həmişə Azərbaycanda kababdan danışırlar.

 

Modern.az xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Ferentsvaroş"un futbolçusu Ender Botkanın Tofiq Bəhramov adına Respublika Stadionunda kabab tüstüsündən şikayətlənməsinə münasibət bildirərkən deyib.

 

"Bilmirəm, Botka bunu hansı mənada deyib. Hava hamımız üçün eynidir. Əksinə, sərin havada oynanılan məşq daha rahat olur. Qaldı ki, onların burnuna Azərbaycan kababının iyinin gəlməsinə sevinirəm. Bizdə kabab iyi gəlirsə, Avropa stadionlarından da sosiska iyi gələ bilər. Biz hamımız azərbaycanlıyıq. Hər bir xalqın öz adət-ənənəsi var. Ümumiyyətlə, əcnəbilər həmişə Azərbaycanda kababdan danışırlar. Kim o kababın dadına baxırsa, arzu edirsə, bir də Azərbaycana gəlmək istəyir. Tüstü 90 dəqiqə olmadı. Sevinirəm ki, bizim kabab haqda məlumatlanacaqlar ki, dad, ləzzət haradan gəlir?", - deyə baş məşqçi bu gün keçirdiyi mətbuat konfransında söyləyib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi