Modern.az

Ələtdəki qəzada yaralananların SON DURUMU

Ələtdəki qəzada yaralananların SON DURUMU

Aktual

8 Avqust 2022, 11:32

Bu gün səhər saatlarında Bakı-Ələt yolunda baş verən avtomobil qəzası nəticəsində yaralanan beş nəfər Kliniki Tibbi Mərkəzə aparılıb.

 

Kliniki Tibbi Mərkəzdən Modern.az-a verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan şəxslərdən birinin - 1988-ci il təvəllüdlü şəxsin vəziyyəti nisbətən ağır olduğu üçün Mərkəzin Üz-çənə cərrahiyyəsi şöbəsinə yerləşdirilib.

 

Digər yaralılarda - 1997 və 1990-cı il təvəllüdlü şəxslərdə gicgah nahiyəsinin travması, 1978-ci il təvəllüdlü şəxsdə burun sümüyünün sınığı və 1988-ci il təvəllüdlü şəxsdə ayaq-daraq sümüyünün sınığı aşkarlanıb və hər birinə müvafiq tibbi yardımlar göstərilib.

 

Artıq yaralanan beş nəfərdən dördü ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi