"Qarabağ" çox güclü komandadır. Hücumda əla oynadılar.
Modern.az xəbər verir ki, bunu öz meydanında "Qarabağ"a 1:3 hesabı ilə məğlub olan "Ferentsvaroş"un baş məşqçisi Stanislav Çerçesov deyib.
O, bildirib ki, səhvləri sırf müdafiəçilərin üstünə atmaq düzgün deyil:
"Biz komanda şəklində uduzduq. Xüsusilə çox top itkilərinə yol verdiyimiz üçün məğlub olduq. Rəqib qələbəyə layiq idi. Biz də yaxşı komandayıq. Sadəcə, alınmadı".