Modern.az

“Qarabağ”ın oyunlarının vaxtı dəqiqləşdi

“Qarabağ”ın oyunlarının vaxtı dəqiqləşdi

Aktual

10 Avqust 2022, 13:48

“Qarabağ” klubunun UEFA Çempionlar Liqasının pley-off mərhələsində Çexiyanın “Viktoriya” (Plzen) komandasına qarşı keçirəcəyi oyunların təqvimi açıqlanıb.

 

Modern.az xəbər verir ki, Ağdam təmsilçisi ilk matçını avqustun 17-də Bakıda keçirəcək.

 

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyuna saat 20:45-də start veriləcək.

 

Qeyd edək ki, komandalar arasındakı cavab qarşılaşması isə avqustun 23-də Plzendə olacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran Netanyahunun evini VURDU