Modern.az

“Viktoriya” “Qarabağ”a rəqib olmaq istəmirmiş

“Viktoriya” “Qarabağ”a rəqib olmaq istəmirmiş

Aktual

10 Avqust 2022, 14:04

Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan Çexiyanın “Viktoriya” klubunun baş məşqçisi Mixal Bilek Ağdam komandası haqda danışıb.

 

Modern.az-ın məlumatına görə, o, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Şerif” (Moldova) üzərində qələbədən sonra keçirilən mətbuat konfransında bildirib ki, pely-offda “Qarabağ”la yox, “Ferentsvaroş”la qarşılaşmaq istəyirmiş.

 

“Pley-offda “Qarabağ”la yox, “Ferentsvaroş”la qarşılaşmaq istərdim. “Qarabağ” haqda çox az məlumatım var. Budapeştdəki görüşə də heç kimi göndərməmişdik. “Qarabağ” Macarıstanda əla qələbə qazandı. Bu da necə yüksək səviyyədə komanda olmalarından xəbər verir. Bizi asan heç nə gözləmir. Yəqin ki, orada da hava çox istidir. Böyük hədəfə çatmağa iki oyun qalıb, sona qədər mübarizə aparacağıq. Çempionlar Liqasına düşmək bizim əsas məqsədimizdir”, - baş məşqçi bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu