Modern.az

Qanunsuz işdən çıxarılan 62 nəfər geri qaytarıldı

Qanunsuz işdən çıxarılan 62 nəfər geri qaytarıldı

Aktual

11 Avqust 2022, 10:12

Bu il 62 nəfər əvvəlki işinə bərpa olub.

 

Bu barədə Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

 

Məlumata əsasən, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2022-ci ilin 7 ayı ərzində vətəndaş müraciətlərini araşdırarkən 62 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.

 

Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həminişçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi