Modern.az

Mərkəzi Bankda bu komitələr birləşdirildi

Mərkəzi Bankda bu komitələr birləşdirildi

Aktual

12 Avqust 2022, 17:35

Azərbaycan Mərkəzi Bankının Pul Siyasəti Komitəsinin adı dəyişdirilib.

 

Modern.az xəbər verir bu barədə AMB məlumat yayıb.

 

Məlumata əsasən, komitənin adı "Pul Siyasəti və Maliyyə Sabitliyi Komitəsi" olaraq müəyyən edilib.

 

Qeyd edək ki, Pul Siyasəti və Maliyyə Sabitliyi Komitəsi pul və məzənnə siyasətinin işlənməsi və həyata keçirilməsi, maliyyə bazarlarının tənzimlənməsi və nəzarəti sahəsində mərkəzi bankın struktur bölmələrinin operativ fəaliyyətinin tənzimlənməsini və koordinasiyasını təmin edən kollegial orqandır. Komitəyə Mərkəzi Bankın Sədri rəhbərlik edir. Komitənin üzvləri Mərkəzi Bankın pul, məzənnə və maliyyə sabitliyi siyasətinin işlənməsi və həyata keçirilməsində bilavasitə iştirak edən blokların rəhbərləridir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi