Modern.az

Qahirədə kilsə faciəsi - Onlarla insan öldü

Qahirədə kilsə faciəsi - Onlarla insan öldü

Aktual

14 Avqust 2022, 15:30

Misirin paytaxtı Qahirədə kilsədə baş verən yanğın zamanı onlarla insan həlak olub.

 

Modern.az xəbər verir ki, İmbaba rayonunda yerləşən ibadətgahda yanğın nəticəsində azı 41 nəfər ölüb.

 

Yaralılar İmbaba və qonşu Aquza rayonundakı xəstəxanalara çatdırılıb. Məlumata görə, zərərçəkənlərin əksəriyyəti bazar günü kilsədəki məktəbə dərsə gələn uşaqlar olub.

 

Bundan öncə yayılan xəbərlərdə yanğın nəticəsində 35 nəfərin öldüyü, 25 nəfərin isə yaralandığı bildirilirdi.

 

Qeyd edək ki, hadisə zamanı kilsədə 5 min insan olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi