Qarabağ Azadlıq Təşkilatı (QAT) İdarə heyətinin qərarına uyğun olaraq təşkilatın partiyaya çevrilməsi üçün qurultay çağırılıb.
Modern.az xəbər verir ki, bu barədə QAT-ın xətbuat xidməti bildirib.
QAT-ın yenidən təşkilinə dair qurultay 17 avqust 2022-ci il tarixində, saat 11.00-da Bakı şəhəri Badamdar qəsəbəsinin Mədəniyyət Evinin iclas zalında keçiriləcək.