Modern.az

MN: İstənilən təxribatın qarşısını almağa hazırıq - VİDEO

MN: İstənilən təxribatın qarşısını almağa hazırıq - VİDEO

Aktual

18 Avqust 2022, 12:42

Hərbi Hava Qüvvələrinin Hava hücumundan müdafiə bölmələrində sutkaboyu fasiləsiz olaraq xidmət aparılır, hava məkanımız daima izlənilir və müvafiq tədbirlər görülür.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

"Yüksək döyüş hazırlığının nəticəsidir ki, hava hücumundan müdafiə bölmələrinin sayıqlığı sayəsində avqustun 13-ü Şuşa şəhəri ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərən qanunsuz erməni silahlı dəstələrinə məxsus kvadrakopter aşkar edilib və xüsusi üsulla endirilərək ələ keçirilib.

 

Azərbaycan-Ermənistan dövlət sərhədində, eləcə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində döyüş növbətçiliyi aparan Ordumuzun şəxsi heyəti istənilən təxribatın qarşısını almağa hazırdır", - deyə məlumatda qeyd olunub.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ