Modern.az

İslam Oyunları başa çatdı

İslam Oyunları başa çatdı

Aktual

18 Avqust 2022, 22:27

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının təntənəli bağlanış mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, mərasim Konyadakı 15 İyul Stadionunda təşkil olunub.

 

Tədbirdə Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu və İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) prezidenti Abdülaziz bin Türki el Faysal el-Suud iştirak ediblər.

 

Əvvəlcə Konyanın tarixi, mədəniyyəti və turizm potensialından bəhs edən videoçarx nümayiş olunub. Sonra Türkiyənin Dövlət Bayrağı qaldırılıb və Dövlət Himni – “İstiqlal Marşı” səsləndirilib.

 

Daha sonra Oyunlarda iştirak edən 54 ölkənin bayrağı səhnəyə gətirilib. Bağlanışda Azərbaycan nümayəndə heyətinin bayraqdarı İslam Həmrəyliyi Oyunlarının üçqat mükafatçısı – basketbol 3x3 milli komandasının üzvü Zaur Paşayev olub.

 

Yarışların iştirakçıları, o cümlədən Azərbaycan idmançıları stadiona daxil olaraq paradda iştirak ediblər. Beşinci İslam Həmrəyliyi Oyunlarından bəhs edən videoçarx nümayiş etdirilib.

 

Bağlanış mərasimi atəşfəşanlıqla yekunlaşıb.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər