Rusiya millisinin futbolçusu Artyom Dzyuba Türkiyənin "Adana Demirspor" futbol klubuna keçib.
Modern.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, 33 yaşlı hücumçu Adana təmsilçisi ilə 1+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Artyom Dzyubanın son klubu ölkəsinin "Zenit" komandası olub. Təcrübəli futbolçu son mövsümdə 13 qol vurub.