Modern.az

Duqin xəstəxanaya yerləşdirildi

Duqin xəstəxanaya yerləşdirildi

Aktual

21 Avqust 2022, 16:22

Rusiyalı ictimai xadim Aleksandr Duqin qızının ölümündən sonra xəstəxanaya yerləşdirilib.

 

Modern.az xəbər verir ki, bunu politoloq, Dövlət Dumasının keçmiş deputatı Sergey Markov Gazeta.ru-ya müsahibəsində deyib.

 

O bildirib ki, Duqin xəstəxanaya aparılarkən huşu özündə olmayıb və qızının itkisi ona çox pis təsir edib. Keçmiş deputat Duqinin təhlükəsizliyinin artırıldığını diqqətə çatdırıb.

 

Qeyd edək ki, Rusiyanın tanınmış ictimai-siyasi xadimi, politoloq Aleksandr Duqinin qızı Darya Duqina həlak olub. Hadisə Moskva vilayətində “Toyota Land Cruiser Prado” markalı avtomobilin partlaması nəticəsində baş verib. İlkin ehtimala əsasən, avtomobilə quraşdırılan bombanın işə düşməsi 30 yaşlı Duqinanın həyatına son qoyub. Onun meyiti tamamilə yanaraq, tanınmaz hala düşüb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi