Modern.az

ƏDV-dən azad edilən publik hüquqi şəxslərin sayı ARTIRILDI

ƏDV-dən azad edilən publik hüquqi şəxslərin sayı ARTIRILDI

Aktual

23 Avqust 2022, 14:33

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

 

Modern.az xəbər verir ki, Fərmana əsasən “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nda aşağıdakılar əlavə edilib:

 

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

 

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi;

 

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”

 

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi”

 

21-3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi”

 

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO”

 

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi”

 

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “İqtisadi Elmi Tədqiqat İnstitutu”;

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi

 

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi

 

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin tabeliyində “Hüquq və İnsan Haqları İnstitutu

 

Qeyd edək ki, Fərman 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi