Modern.az

Paşinyanın istefası tələbilə aksiya keçirildi

Paşinyanın istefası tələbilə aksiya keçirildi

Aktual

23 Avqust 2022, 20:51

İrəvanın Respublika meydanında Ermənistanın Baş nazir Nikol Paşinyanın istefası tələbilə etiraz aksiyası başlayıb.

 

Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, aksiya Ermənistanın Polşadakı sabiq səfiri Edqar Qazaryan tərəfindən təşkil edilib.

 

O bildirib ki, müxalifətçilər Baş nazirlə görüşməyi planlaşdırırlar. Görüşün gündəliyində olan yeganə məsələ Paşinyanın istefasıdır.

 

“Paşinyan xalqın pulu ilə 2 milyona avtomobil alıb, üstəlik helikopteri də var. Qoy onlardan istifadə edərək hökumət binasına gəlib bizimlə görüşsün” , - keçmiş səfir deyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI