UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunlarına start verilib.
Modern.az xəbər verir ki, Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ" klubu Çexiyada "Viktoriya" (Plzen) ilə qarşılaşıb.
Gərgin keçən matçda hesabı Ağdam komandası açıb. 38-ci dəqiqədə Filip Ozobiç dəqiq zərbə ilə "Qarabağ"ın ilk qoluna imza atıb. Qurban Qurbanovun yetirmələri fasiləyə üstün yollanıblar.
Matçın ikinci hissəsində çexlər "Qarabağ"a çətin anlar yaşadıb.
Belə ki, görüşün 58-ci dəqiqəsində meydan sahibləri hesabı bərabərləşdirə bilib. Ardınca 73-cü dəqiqədə "Viktoriya" daha bir qol vuraraq üstünlük qazanıb. Beləliklə, həlledici görüş Çexiya komandasının qələbəsilə yekunlaşıb. Bununla da "Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırıb.
Ağdam təmsilçisi UEFA Avropa Liqasının qrup mərhələsində oynayacaq.
Qeyd edək ki, komandalar arasında Bakıdakı ilk matçda hesab açılmamışdı.
***
Çexiyada UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda üz-üzə gələcək "Viktoriya" (Plzen) və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb.
Modern.az xəbər verir ki, bu barədə UEFA-nın saytında məlumat yerləşdirilib.
Komandalar meydana aşağıdakı tərkibdə çıxacaqlar:
"Viktoriya": 36. Yindrjix Stanek, 4. Ludek Pernitsa, 7. Yan Sikora, 10. Yan Kopits, 15. Tomaş Xori, 18. Con Moskera, 20. Pavel Buxa, 21. Vatslav Yemelka, 23. Lukaş Kalvax, 24. Milan Havel, 44. Libor Holik
Ehtiyat oyunçular: 13. Marian Tvrdon, 16. Martin Yedliçka, 3. Məhəmməd Tijani, 6. Vatslav Pilarj, 9. Yan Kliment, 22. Kadu, 25. Aleş Çermak, 26. Filip Çihak, 33. Rene Dediç, 77. Erik Yirka, 99. Modu N Diay
Baş məşqçi: Mixal Bilek
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 6. Julio Romao, 8. Marko Yankoviç, 11. Kvabena Ovusu, 15. Leandro Andrade, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 77 Ramil Şeydayev
Baş məşqçi: Qurban Qurbanov
Qeyd edək ki, "Dusan Arena"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.