2022-ci ildə Avropada baş verən meşə yanğınları son 15 ildə rekord həddə çatıb.
Modern.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov bildirib. O qeyd edib ki, yanğınlar nəticəsində 700 min hektar meşə ərazisi yanıb:
"Azərbaycanda isə bu il 5100 hektar ərazidə yanğın olub. Bunun 1600 hektarını meşə ərazisi təşkil edir. Yanğınlar qısa zamanda az risklər və təsirlərlə söndürülüb".