"Əvvəllər də yanğınlar olurdu, amma bu qədər böyük ərazini əhatə etməyib".
Modern.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, Şabran rayonundan başlayan yanğın isti hava şəraiti və külək nəticəsində geniş əraziyə yayılıb:
"Yanğını söndürmək çox çətin hala gəlmişdi. Vətəndaşların biganəliyindən yaranan problemlər də var idi. Əkin sahələrini yandırırdılar. Elə yerdə yanğın baş verirdi ki, texnikanın ora qalxması mümkün deyildi. Həyatı bahasına yanğının söndürülməsinə xidmət edənlər var idi. FHN əməkdaşları, Ekologiya Nazirliyinin əməkdaşları, yerli sakinlər çox fədakarlıqla yanğının söndürülməsinə çalışdılar. İnsanlar bu hadisələrdən nəticə çıxarmalıdırlar. Biz yerli sakinlərə təlimlər keçirik, onları məlumatlandırıq. Hesab edirəm ki, yanğına qarşı hər kəs səfərbər olmalıdır".