"Meşələrə giriş, həmin hissələrdən keçən yollar bağlana bilməz".
Modern.az xəbər verir ki, bunu Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Fransada qeydə alınan praktikanın Azərbaycanda tətbiq edilməsi mümkün deyil:
"Biz yanğınların qarşısının alınmasına səy göstərməliyik. Təbii bərpaya kömək tədbirlərinin gücləndirilməsi, insanların məlumatlandırılması, ehtiyatsızlıqdan baş verən hadisələrin aradan qaldırılması lazımdır. Amma meşələrə girişi bağlaya bilmərik. Meşədən keçən yollardan istifadə edən sakinlər var. Onların gediş-gəlişini məhdudlaşdırmaq olmaz".