Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Zaqatala rayonunun Aşağı Tala kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın olması barədə məlumat daxil olub.
FHN-dən Modern.az-a bildirilib ki, məlumatla əlaqədar FHN-nin müvafiq qüvvə və texnikaları, o cümlədən 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.
Əlavə məlumat veriləcək.
***
Zaqatalanın Mişleş kəndi ərazisində, dağlıq hissədə yanğın başlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, yanğın rayonun Mişleş kəndi ərazisində yerləşən yüksəklikdə qeydə alınıb.
Yanğının söndürülməsi üçün əraziyə texnika və şəxsi heyət cəlb edilib. ETSN əməkdaşları da yanğının söndürülməsində iştirak edirlər.
Hazırda yanğın davam edir.