Modern.az

Rus milyarderin 11 villasına həbs qoyuldu

Rus milyarderin 11 villasına həbs qoyuldu

Aktual

2 Sentyabr 2022, 08:38

İtaliya hökuməti rusiyalı milyarder Vyaçeslav Moşe Kantorun Sardiniyada yerləşən 11 villasına həbs qoyub.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa Şurası aprelında Kantora qarşı sanksiyalar qoyulduğu vaxt onun Porto Rotondodakı aktivlərinin müsadirə edilməsi barədə göstəriş verib. Lakin İtaliyanın Maliyyə Qvardiyasının müstəntiqləri prosesi avqustda başa çatdıra biliblər.

 

Porto Rotondodakı mülklər arasında İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin ailəsinə məxsus villalar da var. Belə ki, “Primavera” villası 2012-ci ilə qədər Berluskoninin anasına, “Dolce Draqo” isə kiçik qardaşı Paoloya məxsus olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türk liderlərlə görüşdə Prezidentdən KRİTİK ÇAĞIRIŞ - Hazır olun!