Modern.az

Fələstində İsrail casusları edam edildi

Fələstində İsrail casusları edam edildi

4 Sentyabr 2022, 14:13

Qəzzada beş nəfər edam edilib, onlardan ikisi İsrailə casusluqda, üçü isə cinayətdə günahkar bilinib.

 

Modern.az xəbər verir ki, Fələstin Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, bir məhbusun 2001-ci ildə İsrail kəşfiyyatına informasiya ötürməsi və bunun nəticəsində bir çox fələstinlinin ölümünə səbəb olması faktı təsdiqlənib. 

 

Digər şəxsin də İsrail kəşfiyyatına çalışdığı, 1991-ci ildə İsrailə məlumat ötürdüyü, nəticədə bir fələstinlinin ölümünə, bir neçəsinin yaralanmasına səbəb olduğu qeyd edilib. 

 

Fələstin qanunlarına əsasən, 2 casusun və cinayət törətdiyi təsdiqlənmiş digər 3 nəfərin edam edilməsinə qərar verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI