Niderlandın Haarlem şəhərində iqlimə mənfi təsir göstərdiyinə görə, ictimai yerlərdə ət və ət məhsullarının reklamı qadağan ediləcək.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bundan əvvəl hava səyahətləri, benzinlə işləyən avtomobillər və yanacaq artıqlarının reklamını qadağan edən Haarlem şəhər rəhbərliyi daha bir ilkə imza atmağa hazırlaşır.
Belə ki, Haarlem dünyada ət və ət məhsullarının reklamını qadağan edən ilk şəhər olacaq. Qadağanın 2024-cü ildən tətbiq olunması planlaşdırılır.