Modern.az

Hava ilə bağlı daha bir XƏBƏRDARLIQ

Hava ilə bağlı daha bir XƏBƏRDARLIQ

Aktual

4 Sentyabr 2022, 15:22

28 gün davam edən isti və quraq hava şəraitindən sonra ölkə ərazisində havanın dəyişəcəyi gözlənilir.

 

Bu barədə Modern.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında proses sentyabrın 5-i əvvəl şimal küləyinin güclənməsi ilə başlayacaq. Küləyin maksimal sürəti 15-20 metr/saniyə, bəzi yerlərdə arabir saniyədə 25-30 metr olacaq.

 

Küləkli hava şəraiti sentyabrın 7-si gündüzədək davam edəcək. Havanın temperaturu tədricən 8-10° enəcək.

 

Sentyabrın 6-sı gündüzdən 8-i səhərədək fasilələrlə yağış yağacağı ehtimalı var.

 

Azərbaycanın rayonlarında proses sentyabrın 5-dən başlayaraq, əvvəl Böyük Qafqazın bəzi yerlərində, sentyabrın 6-dan 8-i gündüzədək isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.  Əsasən dağlıq və dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimal edilir.

 

Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.

 

Qərb küləyi əsəcək, sürəti arabir 18-23 metr/saniyə, əsasən Kürvadisi rayonlarda arabir saniyədə 25-30 metr olacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° enəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər