Köç başlayandan bu günə kimi Cocuq Mərcanlıda yaxşı mənada çox şey dəyişib.
Bu sözləri Modern.az-a açıqlamasında Cocuq Mərcanlı kənd icra nümayəndəsi Atakişi Atakişiyev söyləyib.
İcra nümayəndəsi bildirib ki, 115 nəfər dövlət idarəsində işlə təmin olunub:
“Onlar kartla əmək haqqı alırlar. İşlə təmin olunanların əksəriyyəti Cocuq Mərcanlının özündə çalışır. Hazırda 132 ailə Cocuq Mərcanlıda qeydiyyatdadır. Ümumi yaşayışla bağlı isə heç bir problemimiz yoxdur. Biz yeganə kənddik ki, bütün kommunal xidmətlərlə təmin olunmuşuq. Ərzaq təminatı ilə bağlı da hər şey qaydasındadır. Cocuq Məranlıda iki böyük supermarket var, onlar camaatın ərzaq tələbatını ödəyir”.
A.Atakişiyevin sözlərinə görə, N.Aslanov adına Cocuq Mərcanlı kənd orta məktəbinin şagird tutumu 96 nəfərdir: “Amma qonşu kəndlərdən də şagird gəldiyi üçün o sayda müəyyən artım olur".