Modern.az

Yaşı 70-i keçənlərə fəlsəfə doktoru elmi dərəcəsi verilməyib

Yaşı 70-i keçənlərə fəlsəfə doktoru elmi dərəcəsi verilməyib

Aktual

7 Sentyabr 2022, 13:16

Cari ilin I yarımilində elmi dərəcə verilmiş iddiaçıların yaşa görə bölgüsü açıqlanıb.

 

Modern.az Report-a istinadən bildirir ki, Prezident yanında Ali Attestasiya Komissiyasından daxil olan məlumata görə, fəlsəfə doktoru elmi dərəcəsi 35 yaşa kimi 70 şəxsə, 35-50 yaş arası 146 şəxsə, 50-70 yaş arası isə 33 şəxsə verilib.

 

Həmçinin 35-50 yaş arası 8 şəxsə, 50-70 yaş arası 26 şəxsə, 70 yaşdan yuxarı 1 şəxsə isə elmlər doktoru elmi dərəcəsi verilib. Bununla yanaşı, 35 yaşa kimi heç bir şəxs elmlər doktoru, 70 yaşdan yuxarı heç bir şəxs də fəlsəfə doktoru ala bilməyib.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır