“Prosol” şirkətinin həmtəsisçisi və İdarə heyətinin sədri Babək Ağayev Amerika-Azərbaycan Ticarət Palatasının nəzdində olan Rəqəmsal Texnologiyalar və İnnovasiyalar Komitəsinin sədri seçilib.
Modern.az xəbər verir ki, bununla bağlı Amerika-Azərbaycan Ticarət Palatası məlumat yayıb.
Palata Babək Ağayevi yeni vəzifəsi münasibətilə təbrik edərək, ona yeni fəaliyyətində uğurlar arzulayıb.