Modern.az

USAID-in Azərbaycan üzrə yeni direktoru işə başlayıb

USAID-in Azərbaycan üzrə yeni direktoru işə başlayıb

Aktual

8 Sentyabr 2022, 09:57

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının yeni direktoru Maykl Nirbas (Michael Nehrbass) vəzifəsinin icrasına başlayıb.

 

Bu barədə Modern.az-a USAID Azərbaycandan məlumat verilib.

 

Bildirilib ki, Nirbas Azərbaycanın prioritetlərini dəstəkləmək üçün USAID proqramlarına nəzarət edəcək.

 

Qeyd edək ki, M.Nirbas bundan əvvəl Pakistanda missiya direktorunun müavini vəzifəsində çalışıb. O, 2001-ci ildən USAID-də Xarici Xidmət əməkdaşı kimi işə başlayıb. Nirbas Əfqanıstan, Anqola, Gürcüstan, Qvatemala, İndoneziya, İraqda və USAID-in Vaşinqtondakı Afrika Bürosunda xidmət edib.

 

Xatırladaq ki, 1991-ci illərdən bəri USAID Azərbaycana 427 milyon ABŞ dollarından çox vəsait ayırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi