Modern.az

Bağçaya bir yer üçün 30 nəfər müraciət edir - NAZİRLİK

Bağçaya bir yer üçün 30 nəfər müraciət edir - NAZİRLİK

8 Sentyabr 2022, 11:34

Bakı şəhəri üzrə 30 min yer qeydiyyata alınıb, amma bağçalarda boş yerlərin sayı 6 mindir. 

 

Modern.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, növbəti tədris ilində qrupların artırılması istiqamətində işlər aparılacaq: 

 

"Bölgələrdə qruplar var, amma qeydiyyat yoxdur. Bir qrup üçün cəmi 5 nəfər qeydiyyatdan keçir. Bakıda 1 yer üçün 30 valideyn müraciət edir", - nazirlik rəsmisi bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular