Modern.az

Mişustinin müavini Bakıya gəlib

Mişustinin müavini Bakıya gəlib

Aktual

8 Sentyabr 2022, 20:56

Rusiya Baş nazirinin müavini Aleksandr Novak Azərbaycana səfər edib.

 

Modern.az bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova məlumat verib.

 

Onun sözlərinə görə, Baş nazirin müavini Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə Rusiya-Azərbaycan-İran işçi qrupunun iclasında iştirak etmək üçün Bakıya gəlib. 

 

"Bu səfərlər zamanı ikitərəfli əməkdaşlığın bütün sahələrinə toxunulacaq. Ümid edirəm ki, bütün bunlar həyata keçiriləcək. Növbəti regionlararası forumun Bakıda keçirilməsi planlaşdırılır", - deyə Zaxarova qeyd edib.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI