Modern.az

Bu ölkələrdən Azərbaycana gələnlərin sayı AZALIB

Bu ölkələrdən Azərbaycana gələnlərin sayı AZALIB

Aktual

12 Sentyabr 2022, 13:48

2021-ci ildən əvvəlki illərdə Azərbaycana gəlmə sayında əhəmiyyətli paya malik Səudiyyə Ərəbistanı, Qazaxıstan, Belarus, Hindistan və Özbəkistandan gələnlərin sayında azalma müşahidə edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Turizm Agentliyinin hesabatında bildirilib.

 

Qeyd edilib ki, azalma tempinin davam etdiyini və bunun nəticəsi olaraq, ilk 15 ölkənin ümumi nəticələrinin əvvəlki illərdən geri qaldığını göstərir. Bu ölkələrdən gələnlərin sayında 2020-ci illə müqayisədə müvafiq olaraq 26%, 19%, 5%, 55% və 20% azalma müşahidə edilib ki, bu da ölkələrin əvvəlki illərə nisbətən öz mövqelərini itirməsi ilə nəticələnib.

 

Digər tərəfdən, ən çox əcnəbi gələn ölkələr arasında BƏƏ (+4 pillə), Böyük Britaniya (+4 pillə) və İsrail (+7 pillə) 2020-ci illə müqayisədə öz mövqelərini yaxşılaşdırıb. Həmçinin onu da qeyd etmək lazımdır ki, 2021-ci ildə sözügedən ölkələrdən gələnlərin təxminən 70%-i avqust-dekabr aylarında səyahət məhdudiyyətlərinin aradan qaldırılmasından sonra ölkəyə səfər edib. 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI