2021-ci ildə mehmanxana və mehmanxana tipli müəssisələrdə gecələmələrin 77%-i yerli turistlər üçün qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə Turizm Agentliyinin hesabatında bildirilib.
Qeyd olunub ki, Bakı, Qəbələ, Xaçmaz və Şabran 2021-ci ildə turistlərin mehmanxana və mehmanxana tipli müəssisələrdə ən çox gecələdikləri yerlər olub. Belə ki, il üzrə mehmanxana və mehmanxana tipli müəssisələrdə gecələmə sayının 75%-i bu şəhərlərin payına düşür: Bakı (49%), Qəbələ (8%), Xaçmaz (7%), Quba və Şabran (hər biri 6%). Bakıdan başqa digər bütün şəhərlərdə yerli turistlər hotellərdə gecələmənin böyük hissəsini təşkil edib.