Modern.az

Ən çox ziyarət edilmiş bölgələr bunlardır

Ən çox ziyarət edilmiş bölgələr bunlardır

Aktual

12 Sentyabr 2022, 14:30

Dövlət Statistika Komitəsinin məlumatına görə ölkədaxili səfər etmiş yerli turistlərin sayı əvvəlki illə müqayisədə 167% artaraq 3.4 milyona çatıb. 

 

Modern.az xəbər verir ki, bu barədə Turizm Agentliyinin hesabatında bildirilib.

 

Ölkədaxili həyata keçirilən səfərlərin sayı isə 2020-ci illə müqayisədə 152% artıb. Ziyarətçilərin məqsədə görə bölgüsü keçən illə oxşarlıq təşkil edir. Belə ki, şəkil 7-də qeyd edildiyi kimi, yerli turistlərin əsas hissəsi dost-qohum ziyarəti məqsədilə ölkədaxili səfərlər həyata keçirib (49%). 24% ziyarətçi istirahət məqsədilə, 11% işgüzar, 8% sağlamlıq və yerdə qalan 8% isə alış-veriş, dini və digər məqsədlərlə ölkədaxili səfərlər həyata keçirib.

 

2021-ci il səfərlərin şəhərlər üzrə bölgüsünə görə ən çox ziyarət edilmiş ilk 3 destinasiya Bakı, Naxçıvan Muxtar Respublikası və Qubadır. Bu destinasiyalardan sonra Qusar, Qəbələ, Xaçmaz, Gəncə, Şəki, Sumqayıt və Abşeron isə növbəti ən çox ziyarət edilmiş şəhərlər siyahısındadır. Bakı bütün daxili səyahətlərin 31%-ni, Naxçıvan, Quba, Qusar və Xaçmaz isə 18%-ni təşkil edir. Gəncə, Şəki, Sumqayıt və Abşeron ölkədaxili edilən səfərlərin 15%-dən azını təşkil edir.

 

Səfərlərin məqsədlərə görə bölgüsündə Bakı, Xaçmaz, Gəncə və Abşeron istisna olmaqla, digər destinasiyalara səfərlərin demək olar ki, yarıdan çoxu dost-qohum ziyarəti məqsədilə edilib. Yerli turistlər işgüzar məqsədlə əsasən Bakı (26%), Sumqayıt (14%), Abşeron (12%) və Gəncəni (10%) ziyarət edib. 2021-ci ildə Xaçmaz şəhəri 45% olmaqla əsas istirahət məkanı kimi qeydə alınıb, halbuki ötən il üçün bu rəqəm 28% olub. Quba (40%), Qusar (39%) və Şamaxı (38%) isə digər əsas istirahət şəhərlərindən hesab olunur. Sağlamlıq məqsədilə Bakı (16%) və Sumqayıt (16%), alış-veriş məqsədilə isə əsas şəhərlər Gəncə (13%) və Şəmkirdir (8%). Dini və digər məqsədli ziyarətlər ölkədaxili səfərlər üçün elə də maraqlı deyil.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI