Modern.az

“Qarabağ” – “Nant” oyununa 21 min bilet satıldı

“Qarabağ” – “Nant” oyununa 21 min bilet satıldı

Aktual

12 Sentyabr 2022, 20:48

Bakıda "Qarabağ" və Fransanın "Nant" klubları arasında keçiriləcək UEFA Avropa Liqasının G turunun II tur oyunu üçün satılmış biletlərin sayı açıqlanıb.

 

Klubdan Modern.az-a verilən məlumata görə, bu gün satışa çıxarılan biletlərin artıq 21 000 ədədi alınıb.

 

Biletlərin qiyməti müvafiq olaraq 5 AZN, 20 AZN, 30 AZN, 75 AZN və 100 AZN təşkil edir.

 

Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:45-də başlayacaq.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI