Modern.az

Türk Dövlətləri Təşkilatı Ermənistanın təxribatını PİSLƏDİ

Türk Dövlətləri Təşkilatı Ermənistanın təxribatını PİSLƏDİ

13 Sentyabr 2022, 21:04

Türk Dövlətləri Təşkilatı (TDT) Ermənistanın dövlət sərhədimizdə törətdiyi təxribatla bağlı bəyanat yayıb.

 

Modern.az xəbər verir ki, TDT-nin Baş katibi Bağdad Amreyevin imzası ilə yayımlanan bəyanatda deyilir:

 

“TDT Ermənistan silahlı qüvvələrinin Azərbaycan və Ermənistan dövlət sərhədində hərbi təxribat törətməsindən ciddi narahatlığını ifadə edərək, bu vəziyyəti qınayır. Təşkilat beynəlxalq hüquq prinsipi və normalarına sadiqliyini bir daha bildirərək Cənubi Qafqazda davamlı sülh və sabitlik üçün Azərbaycan ilə Ermənistan arasında normallaşma və sülh prosesinin vacibliyini xatırladır.

 

TDT üzv dövləti olan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını və ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edir. Ermənistanı iki qonşu ölkə arasında əldə edilmiş mövcud razılaşmalara əməl etməyə çağırır. Baş katiblik bu qarşıdurma nəticəsində həlak olanların ailələrinə, qardaş Azərbaycan xalqına və hökumətinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi