Qeyd edək ki, 23 yaşlı S.Ömərov nişanlıydı, iki bacının yeganə qardaşı idi.
Sentyabrın 13-də Ermənistan ordusunun Azərbaycan sərhədində törətdiyi təxribatlar zamanı şəhid olan hərbi qulluqçu Sərxan Ömərov dəfn olunub.
Modern.az xəbər verir ki, Xüsusi Təyinatlı Qüvvələrin gənc zabiti 1999-cu il təvəllüdlü leytenant Ömərov Sərxan Mübariz oğlunun cənazəsi bu gün doğulduğu Zaqatala rayonunun Yuxarı Tala kəndinə gətirilib.
S.Ömərovun yaşadığı evdə təşkil olunan vida mərasimində ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Zaqatala Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər.
Şəhidin cənazənin üzərindəki Azərbaycan bayrağı onun atasına təqdim olunub, daha sonra havaya yaylım atəşi açılıb.
Qeyd edək ki, 23 yaşlı S.Ömərov nişanlıydı, iki bacının yeganə qardaşı idi.
Allah rəhmət eləsin!