Modern.az

Şəhid Səbuhi ilə uşaq evində böyüyən məşhur - FOTO

Şəhid Səbuhi ilə uşaq evində böyüyən məşhur - FOTO

Aktual

14 Sentyabr 2022, 13:52

Uşaq evində böyüyən gənc müğənni Hiss (Röya Məmmədova) şəhidimizlə birlikdə fotosunu paylaşıb.

 

Modern.az xəbər verir ki, Hiss Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan Səbuhi Əhmədovla SOS Uşaq Kəndində birlikdə böyüdüyünü bildirib.

 

Müğənni “Bəzi şeylər var ki, sözlə ifadə etmək olmur. Olsa belə, çox mənasız qalır. Nur içində yat, mənim balaca qardaşım!” - deyə paylaşımında qeyd edib.

 

Xatırladaq ki, Səbuhi Əhmədov sentyabrın 13-də Ermənistan ordusunun sərhəddə törətdiyi təxribat nəticəsində şəhid olub. Valideyn himayəsindən məhrum olmuş Səbuhi SOS uşaq evində böyüyüb.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI