Modern.az

Rusiyalı deputat Azərbaycan xalqından üzr istəməlidir

Rusiyalı deputat Azərbaycan xalqından üzr istəməlidir

Aktual

14 Sentyabr 2022, 14:16

"Rusiya Dövlət Dumasının deputatı, MDB ölkələri institunun direktoru Konstantin Zatulinin Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasına daxil olan Azərbaycan ərazilərindəki etnik ermənilərin qeyri-qanuni “təsisat”ına “təbrik məktubu göndərməsi beynəlxalq hüququn norma və prinsiplərinin, MDB Nizamnaməsinin, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin müvafiq müddəalarının kobud şəkildə pozulmasıdır".

 

Bu sözləri Modern.az-a açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

 

Millət vəkili qeyd edib ki, Konstantin Zatulinin qanunsuz əməlləri, Azərbaycan Respublikasının ərazi bütövlüyünü, suverenliyini şübhə altına almaqla yanaşı, həm də 10 noyabr 2020-ci il bəyanatının və digər üçtərəfli sənədlərin yerinə yetirilməsinə, eləcə də Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindəki fəaliyyətinə maneə yaradılmasına xidmət edir:

 

“Zatulinin təxribat xarakterli davranışları heç bir halda diqqətdən kənarda qala bilməz və Rusiya Dövlət Duması Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirilməsinə, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edən bu kimi davranışlara qiymət verməli və Rusiyalı deputat Azərbaycan xalqından üzr istəməlidir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI