Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində şəhidlik zirvəsinə ucalan hərbi qulluqçu Azad Kərimov dəfn olunub.
Modern.az xəbər verir ki, şəhid hərbçinin nəşi doğulub-böyüdüyü Qazax rayonunun Daş Salahlı kəndinə gətirilib.
Rayon rəsmilərinin, hərbçilərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhidin vida mərasimi keçirilib.
Mərasimdən sonra A.Kərimovun nəşi Daş Salahlı Şəhidlər xiyabanında dəfn olunub.