Modern.az

Toivo Klaar: “Danışıqların bərpa olunması zəruridir”

Toivo Klaar: “Danışıqların bərpa olunması zəruridir”

Aktual

14 Sentyabr 2022, 18:24

Atəşkəsə əməl edərək, normallaşma prosesinin və Azərbaycanla Ermənistan arasında danışıqların bərpa olunması zəruridir.

 

Modern.az xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə görüşündə deyib.

 

Xüsusi nümayəndə Toivo Klaar toqquşmaların dayandırılmasının və vəziyyətin sabitləşməsinin zəruri olduğunu diqqətə çatdırıb.

 

Avropa İttifaqının tərəflər arasında ikitərəfli görüşlər üçün şərait yaratmağa hazır olduğunu bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi