"Azərbaycanın qismətinə elə düşmən çıxıb ki, o, tam şəkildə ram olunmayana qədər bizə bir an belə rahatlıq ola bilməz".
Bunu Modern.az-a Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov ermənilərin sərhəddə törətdiyi təxribatlar haqqında danışarkən deyib.
Milli Qəhrəman düşünür ki, ermənilər daim başı üzərində dəmir yumruğun öldürücü zərbəsini hiss etməlidir:
"Biz bir daha humanistlik edib tarixi şansı əldən buraxa bilmərik. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin dediyi kimi, biz nəyi nə zaman edəcəyimizi yaxşı bilirik. Ölkə başçısının bu sözləri zaman-zaman öz yerini tapır və tapacaq. Erməni elə bir millətdir ki, onlara zaman, vaxt vermək olmaz! Onları gəldikləri yerə kimi qovmaq lazımdır, bağışlamaq olmaz! İrəvana haradan gəliblərsə, ora kimi qovmalıyıq. Yoxsa, bizə və gələcəyimizə rahatlıq olmayacaq. Bütün bu oyunlar bizim humanizmimizdən, səbrimizdən, düşmənə sülh üçün düşünməyə vaxt verməyimizdən, başımıza gəlir".
İbad Hüseynovun fikrincə, ermənilər sülhə razılaşmayacaq, onlar yenidən təxribatlara əl atacaqlar:
Ermənilər heç vaxt sülh şəraitində yaşamaq istəməyiblər. Bundan sonra da xislətlərindən dönməyəcəklər. Odur ki, işğalçı və təcavüzkar erməni xalqına Cənubi Qafqazda yer yoxdur. Onlara öz yerlərini göstərməyin zamanı çatıb. Düşmənimiz bilsin ki, Azərbaycan Ordusu bütün təxribatların qarşısını alır və bundan sonra da qətiyyətlə alacaq. Əsgərlərimiz hər zaman ayıq-sayıqdırlar və bütün torpaqlarımız ermənilərdən təmizlənəcək. O gün uzaqda deyil. Tezliklə buna şahidlik edəcəyik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Onların qanı yerdə qalmayıb, qisasımız artıqlaması ilə alınıb".
Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan 71 hərbi qulluqçusu şəhid olub.