Modern.az

Sahibsiz itlərlə mübarizə gücləndiriləcək

Sahibsiz itlərlə mübarizə gücləndiriləcək

16 Sentyabr 2022, 12:02

Bakı Şəhəri İcra Hakimiyyəti (BŞİH) hazırda sahibsiz itlərlə mübarizə ilə təkliflər hazırlayır.

 

Modern.az xəbər verir ki, bunu Onlayn İctimai Nəzarət Platforması layihəsinin rüblük yekunlarına dair "dəyirmi masa"da iştirak edən BŞİH-in əməkdaşı Mirtural Mirsultanov deyib.

 

O qeyd edib ki, sahibsiz itlərin sayı olduqca çoxdur və bununla bağlı bütün müraciətlərə baxırlar. Məsələnin mediada işıqlandırılması da bu baxımdan müsbət hal kimi qiymətləndirilib:

 

"Hazırda sahibsiz itlər çoxdur. Bu problem təkcə Bakı şəhərini deyil, bölgələri də əhatə edir. Təəssüf ki, bütün sahibsiz itlərlə birdən mübarizə aparmaq mümkün deyil".

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi