Arxiv
16 Sentyabr 2022, 14:30 | AKTUAL
BMT-də kritik müzakirələr - Hansı ölkə Ermənistana dəstək olub…
BMT-də kritik müzakirələr - Hansı ölkə Ermənistana dəstək olub…

Ermənistanın Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına ünvanladığı məktubu əsasında ötən gün şuranın toplantısı keçirilib. 

 

Modern.az xəbər verir ki, toplantıda Azərbaycan və Ermənistan sərhədində yaranan gərgin vəziyyət müzakirə edilib. 

 

İclasda müzakirələr açıq rejimdə aparılıb və Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyevin və Ermənistanın BMT-dəki daimi nümayəndəsi Mher Margaryan çıxışları dinlənilib.  

 

Daha sonra toplantıda ayrı-ayrı ölkələrin təmsilçiləri çıxış ediblər. Bəzi ölkələrin nümayəndələrinin çıxışları onların münaqişə ilə bağlı mövqeyini ortaya qoyub. 

 

Belə ki, Hindistan nümayəndəsi sərhəddə baş verən hadisələdən narahat olduğunu bildirib. O, çıxışı zamanı açıq-aşkar işğalçı Ermənistana dəstəyini ifadə edib.

 

“Beynəlxalq ictimaiyyət Azərbaycan və Ermənistan sərhədində olan gərginliyi izləyir və hadisələrdən narahatdır. Biz təcavüzkar tərəfi (Hindistan nümayəndəsi təcavüzkar dedikdə Azərbaycanı nəzərdə tutur-red) hərbi əməliyyatları dayandırmağa çağırırıq. Hindistan beynəlxalq hüquqa və ölkələrin suverənliyinə hörmətlə yanaşır. Beynəlxalq səviyyədə tanınan sərhədləri tanıyır”.  

 

Çin Xalq Respublikasının nümayəndəsi isə rəsmi Pekinin iki ölkə arasında münasibətlərin Qarabağ münaqişəsi çərçivəsində həll olunmasına diqqət çəkib:

 

"Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması Qarabağ münaqişəsinin həllindən ayrılmazdır". 

 

ABŞ nümayəndəsi isə münasibətlərin sadəcə diplomatik yolla həllinə tərəfdar olduqlarını söyləyib:

 

“Ermənistan-Azərbaycan münaqişəsinin hərbi yolla həlli ola bilməz. Bu, sadəcə diplomatik yolla həll olunacaq məsələdir”.  

 

Daha sonra Fransa nümayəndəsi çıxış edərək, gözlənildiyi kimi Ermənistanın müdafiəsinə qalxıb:

 

“Biz Azərbaycanı qoşunlarını əvvəlki mövqelərinə çəkməyə çağırırıq, Ermənistanın ərazi bütövlüyü qorunmalıdır”. 

 

İrlandiya nümayəndəsi iki ölkə arsında atəşkəsin əldə olunmasını alqışlayıb: 

 

“Azərbaycan və Ermənistan arasında atəşkəs xəbərini alqışlayırıq. Atəşkəsə və əvvəlki beynəlxalq müqavilələrə hörmət etməyə çağırırıq”. 

 

Ardınca Rusiya nümayəndəsi söz alaraq, digər həmkarları kimi tərəfləri dialoqa səsləyib: 

 

“Azərbaycanı və Ermənistanı təmkinli olmağa çağırırıq. Məsələ tərəflər arasında dialoq formatında həll olunmalıdır”. 

 

Sonda BMT nümayəndəsi Bakı və İrəvan arasında gərginlik üçün təcili işlər görülməli olduğunu diqqətə çatdırıb:

 

“Ermənistan və Azərbaycan arasında gərginliyi azaltmaq üçün təcili və konkret addımlar atmağa çağırırıq”. 

 

Müzakirələrdən sonra iclas başa çatıb. Lakin Ermənistan gözlədiyi nəticəni əldə edə bilməyib. BMT-nin iclasında hər hansı qətnamə qəbul olunmayıb, sadəcə təklif və tövsiyə xarakterli mesajlar səsləndirilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
modern.az modern.az modern.az
İran od tutub yanır - Xalq üsyanı genişlənir
Əliyar Əliyevin şəhadət günü - Məzarı ziyarət olundu 14:40, Bu gün Elnur Məmmədli təltif olundu - SƏRƏNCAM 14:28, Bu gün Ömər Faiq Nemanzadənin yubileyi qeyd ediləcək 14:16, Bu gün Jurnlistə AzTV-də vəzifə verildi 14:12, Bu gün Prezident onları TƏLTİF ETDİ 14:08, Bu gün ÜST Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdıracaq 14:04, Bu gün “Böyük Qayıdış” Cəbrayıldan başlayıb 14:00, Bu gün “Müəllimlər sinif otaqlarını icarəyə götürür” - Deputat 13:56, Bu gün Ukraynada 239 uşaq itkin düşüb 13:52, Bu gün Bakı İrəvandan bunları tələb edir - Paşinyanın arvadının qəzeti 5 tələbi DƏRC ETDİ 13:48, Bu gün AFFA sabah millimizin baş məşqçisi ilə bağlı qərar verəcək 13:44, Bu gün Öldüyü deyilən Xamenei açılışda - FOTO 13:40, Bu gün İnam Kərimov Neftçalada vətəndaşları qəbul edəcək 13:36, Bu gün 80 minədək Rusiya vətəndaşı Gürcüstana qaçıb 13:33, Bu gün PKK liderlərindən biri məhv edildi 13:30, Bu gün Bu sahələr üzrə Nobel mükafatı qaliblərinin adları açıqlandı 13:27, Bu gün “Qızıl Xaç”ın nümayəndəsi Azərbaycandakı ermənilərdən danışdı 13:24, Bu gün Azad edilmiş ərazilərdə daha 2442 mina aşklarlandı 13:20, Bu gün Azərbaycan XİN-dən Almaniyaya təbrik 13:18, Bu gün Rusiya səfiri Finlandiya XİN-ə çağırıldı 13:16, Bu gün Bakıda məktəbəhazırlıq qruplarında oxuyan şagirdlərin SAYI 13:12, Bu gün Əfsanəvi aktrisa haqqında serial çəkiləcək 13:08, Bu gün Sabah 32 dərəcə İSTİ olacaq 13:04, Bu gün Azərbaycanın dünyada nüfuzu daha da güclənir 13:00, Bu gün Kadırov 3 oğlunu müharibəyə GÖNDƏRİR 12:56, Bu gün “Oskar” mükafatından imtina edən aktrisa ÖLDÜ 12:52, Bu gün Rusiyada əcnəbilərin hərbi xidmətə götürülməsi üçün məntəqələr açıldı 12:48, Bu gün Bu tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI 12:44, Bu gün Ombudsmandan hərbçilərin videosu ilə bağlı ÇAĞIRIŞ 12:40, Bu gün Maqnit qasırğası davam edəcək 12:36, Bu gün Keçmiş naminə gələcəyi qurban vermək... 12:32, Bu gün Şəhid Elmin Mirzəyevin xatirəsi anılıb - FOTOLAR 12:28, Bu gün "Azercell" Azərbaycanda ilk dəfə yeni rəqəmsal tarif təqdim edib 12:24, Bu gün Tehranda ara qarışdı, dərslər dayandırıldı 12:20, Bu gün “Sakura və Xarıbülbül” - Azərbaycanlı jurnalistin məqaləsi yapon mətbuatında... 12:16, Bu gün Instagram hesabını qorumağın yolları 12:12, Bu gün Vətən müharibəsində azad edilən ilk şəhərimiz 12:08, Bu gün Ərdoğan Azərbaycana GƏLƏCƏK 12:04, Bu gün Prezident Arkadi Dvorkoviçi qəbul edib 12:00, Bu gün