Modern.az

Parlamentdə komitə iclası keçirilir

Parlamentdə komitə iclası keçirilir

Aktual

19 Sentyabr 2022, 14:16

Bu gün Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclası keçirilir.

 

Modern.az xəbər verir ki, komitənin 2022-ci il payız sessiyasının ilk iclasının gündəliyinə 3 məsələ daxil edilib:

 

1. Milli Məclisin yaz və növbədənkənar sessiyaları dövründə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində görülən işlər barədə hesabat.

 

2. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2022-ci il payız sessiyası üçün iş planının layihəsi.

 

3.”Dini etiqad azadlığı haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

 

Deputatlar sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistanın təxribatı nəticəsində şəhid olan hərbçilərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad edərək iclasa başlayıblar. 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI