Arxiv
21 Sentyabr 2022, 12:16 | AKTUAL
Üçtərəfli müttəfiqlik - Azərbaycan, Türkiyə və İsrail bir arada...
Üçtərəfli müttəfiqlik - Azərbaycan, Türkiyə və İsrail bir arada...

Rəsmi Təl-Əvivin Ankaraya yeni səfir təyin etməsi ilə Türkiyə və İsrail arasında diplomatik əlaqələr rəsmən bərpa olunub. Türkiyə-İsrail münasibətlərinin yenidən qurulması Azərbaycan tərəfindən də müsbət qarşılanıb. Bakının strateji müttəfiqi olan İsrailin qardaş Türkiyə ilə diplomatik təmasları bərpa etməsində Azərbaycan rəhbərliyinin xüsusi rolu olub. Ölkəmizin barışcıl mövqeyi hər iki ölkə tərəfindən yüksək dəyərləndirilib.

 

Artıq siyasi kluarlarda Azərbaycan, Türkiyə və İsrailin iştirakı ilə üçtərəfli müttəfiqlik formatı haqda söhbətlər dolaşır. 

 

Bununla bağlı Modern.az-a danışan Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası işçi qrupunun üzvü Arzu Nağıyev bildirib ki, İsrail və Türkiyənin diplomatik münasibətlərinin bərpa edilməsi təqdirəlayiq və mühüm hadisədir.

 

Onun sözlərinə görə, ümumiyyətlə, İsrail və Türkiyə arasında elə də ciddi problem yaşanmayıb. Əsas problem Fələstinlə bağlı olub. Mavi Mərmərə vasitəsilə Fələstinə kömək aparan gəminin qarşısını İsrail xüsusi xidmət orqanları almışdı.

 

A.Nağıyev vurğulayıb ki, 10 ildən çoxdur kəsilmiş diplomatik əlaqələrin bərpa edilməsi dünyada gedən proseslərlə bağlıdır: 

 

“İstər logistik, istərsə də siyasi-iqtisadi məsələlərdə hər iki dövlətin bir-birilə qarşılıqlı əlaqələri var. Hər iki ölkə arasında müvafiq mal bölgüsü mövcuddur. Yəni İsrail və Türkiyə əlaqələri qabardıldığı kimi pis deyil. Əsas məsələ bundan ibarətdir ki, Azərbaycanın İsraillə diasoporlar səviyyəsində, xarici diplomatiya müstəvisində güclü əlaqələri mövcuddur. O cümlədən, iqtisadi, hərbi sənaye sahəsində də çox yaxşı əlaqələrimiz var. Müsbət haldır ki, Azərbaycanın dostları bir-biri ilə öz siyasi məsələlərini həll edirlər. Bu, hər üç dövlətə ancaq müsbət dvidentlər gətirə  bilər”.

 

Deputat, politoloq Rasim Musabəyov hesab edir ki, Türkiyə və Azərbaycanın İsraillə strateji əməkdaşlığı bundan sonra daha da dərinləşəcək:

 

“Hesab edirəm ki, strateji əməkdaşlıq dərinləşəcək. Əlaqələrin möhkəmlənməsi həm Azərbaycan, həm Türkiyə, həm də İsrail üçün faydalıdır. Əlaqələrin müsbət istiqamətdə inkişaf edəcəyi dəqiqdir. Üç ölkənin müttəfiqlik məsələsində gəlincə, zamanla hər şeyin yaxşıya doğru getdiyini görəcəyik”.

 

 

Siyasi şərhçi Tofiq Abbasov isə qeyd edib ki, Azərbaycan-Türkiyə-İsrail müttəfiqliyinin qurulması mümkündür:

 

“Çünki bizi birləşdirən məqamlar var. İsrailin beyin mərkəzləri və ekspertlər bu ideyanı dəstəkləyir. Qafqaz bölgəsininin hazırda bəzi Qərb siyasi institutları tərəfindən Yaxın Şərq arealına aid edilməsi də buna təsir göstərir. Deyirlər ki, Qafqaz Yaxın Şərqə aiddir. Əlbəttə, İsrail də bəzi təhdidlər səbəbindən Türkiyə və Azərbaycanla bir yerdə olmaq istəyir.

 

Türkiyənin İsraillə bilavasitə sərhədi olmasa da, ölkələr coğrafi baxımdan bir-birilərinə yaxındırlar. Bəli, Türkiyə ilə İsrail arasında Fələstinə görə gərginlik yaşanıb. Ancaq insanlar və cəmiyyətlər dəyişir. Artıq bu ölkələr də  əlaqələrini yeni qaydalara uyğun olaraq qururlar. Ola bilsin ki, Azərbaycan, Türkiyə və İsrail tezliklə yeni üçtərəfli əməkdaşlıq formatının yaradılmasına nail olsunlar”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
modern.az modern.az modern.az
İran od tutub yanır - Xalq üsyanı genişlənir
İçərişəhərin Qala divarları vandalizm izlərindən təmizlənib 15:03, Bu gün Azərbaycan-İran sərhədində əməliyyat - FOTO 15:00, Bu gün Kolleclərin boş qalan yerlərinə qəbul nəticələri AÇIQLANDI 14:56, Bu gün Prezident təqaüdünə layiq görülənlərdən ikisi bacıdır 14:52, Bu gün Kürdəmirdə DƏHŞƏT - Ər arvadına 20 bıçaq vurdu 14:48, Bu gün 90 mindən çox uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub 14:44, Bu gün Ekspert nazirlə RAZILAŞMADI - "Qəbuldakı yüksək nəticə özəl sektorun hesabınadır" 14:40, Bu gün Əliyar Əliyevin şəhadət günü - Məzarı ziyarət olundu 14:36, Bu gün Elnur Məmmədli təltif edildi - SƏRƏNCAM 14:28, Bu gün Bakıda kibertəhlükəsizlik mövzusunda sammit keçirilib - FOTOLAR 14:24, Bu gün Böyük inkişafa aparan yolun başlanğıc tarixi 14:20, Bu gün Ömər Faiq Nemanzadənin yubileyi qeyd ediləcək 14:16, Bu gün Jurnlistə AzTV-də vəzifə verildi 14:12, Bu gün Prezident onları TƏLTİF ETDİ 14:08, Bu gün ÜST Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdıracaq 14:04, Bu gün “Böyük Qayıdış” Cəbrayıldan başlayıb 14:00, Bu gün “Müəllimlər sinif otaqlarını icarəyə götürür” - Deputat 13:56, Bu gün Ukraynada 239 uşaq itkin düşüb 13:52, Bu gün Bakı İrəvandan bunları tələb edir - Paşinyanın arvadının qəzeti 5 tələbi DƏRC ETDİ 13:48, Bu gün AFFA sabah millimizin baş məşqçisi ilə bağlı qərar verəcək 13:44, Bu gün Öldüyü deyilən Xamenei açılışda - FOTO 13:40, Bu gün İnam Kərimov Neftçalada vətəndaşları qəbul edəcək 13:36, Bu gün 80 minədək Rusiya vətəndaşı Gürcüstana qaçıb 13:33, Bu gün PKK liderlərindən biri məhv edildi 13:30, Bu gün Bu sahələr üzrə Nobel mükafatı qaliblərinin adları açıqlandı 13:27, Bu gün “Qızıl Xaç”ın nümayəndəsi Azərbaycandakı ermənilərdən danışdı 13:24, Bu gün Azad edilmiş ərazilərdə daha 2442 mina aşklarlandı 13:20, Bu gün Azərbaycan XİN-dən Almaniyaya təbrik 13:18, Bu gün Rusiya səfiri Finlandiya XİN-ə çağırıldı 13:16, Bu gün Bakıda məktəbəhazırlıq qruplarında oxuyan şagirdlərin SAYI 13:12, Bu gün Əfsanəvi aktrisa haqqında serial çəkiləcək 13:08, Bu gün Sabah 32 dərəcə İSTİ olacaq 13:04, Bu gün Azərbaycanın dünyada nüfuzu daha da güclənir 13:00, Bu gün Kadırov 3 oğlunu müharibəyə GÖNDƏRİR 12:56, Bu gün “Oskar” mükafatından imtina edən aktrisa ÖLDÜ 12:52, Bu gün Rusiyada əcnəbilərin hərbi xidmətə götürülməsi üçün məntəqələr açıldı 12:48, Bu gün Bu tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI 12:44, Bu gün Ombudsmandan hərbçilərin videosu ilə bağlı ÇAĞIRIŞ 12:40, Bu gün Maqnit qasırğası davam edəcək 12:36, Bu gün