Modern.az

Şoyqu Rusiyanın itkilərini açıqladı - Cəmi 6 min hərbçi...

Şoyqu Rusiyanın itkilərini açıqladı - Cəmi 6 min hərbçi...

Aktual

21 Sentyabr 2022, 10:38

“Ukraynadakı xüsusi hərbi əməliyyatda 5937 hərbçimiz həlak olub”.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib.

 

Müdafiə nazirinin sözlərinə görə, hazırda Donbas uğrunda ağır döyüşlər gedir.

 

"Rusiya xalqının birliyinə güvənirik", - deyə Şoyqu vətəndaşlara müraciət edib. O, həmçinin vurğulayıb ki, hərbi təcrübəsi olan Rusiya vətəndaşları səfərbərliyə cəlb olunacaq. Qismən səfərbərliyə ehtiyatda olan 300 min əsgər çağırılacaq. Həmin şəxslər Rusiyanın nəzarətində olan ərazilərdə xidmət edəcəklər.

 

Xatırladaq ki, Rusiya ordusu bu ilin fevralın 24-də Ukraynaya qarşı hərbi əmliyyatlara başlayıb. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı son məlumata görə, Rusiyanın müharibə başlayandan bəri 54 810-a yaxın hərbi qulluqçusu ölüb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi