Son 20 ildə insanların informasiya alması təxminən 10 dəfə artıb.
Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanlı PROSOL şirkəti tərəfindən keçirilən “Beynəlxalq Kibertəhlükəsizlik Günləri” (ICSD) adlı beynəlxalq konfransda deyib.
O bildirib ki, belə informasiyaların doğruluğu daim sual yaradır və təhlükəsiz çatdırılması günün tələbidir: “Bütün bunları həyata keçirtmək üçün peşəkar kadrlara ehtiyacımız var. Bu səbəbdən PROSOL şirkəti ilə birlikdə “PRO-ACADEMY” təlim-tədris mərkəzini istifadəyə verdik”.
Mustafa Babanlı, həmçinin vurğulayıb ki, israilli mütəxəssislərin cəlbi daha peşəkar kadrların hazırlanmasına gətirib çıxaracaq. Hazırda ölkədə savadlı tələbələrin əksəriyyəti kibertəhlükəsizlik ixtisasının seçir:
“Bu il ADNSU-da 150 nəfər kibertəhlükəsizlik ixtisası üzrə seçim edib. Onlardan 30 nəfəri ingilis, 120 nəfəri isə Azərbaycan dili bölməsinə qəbul olub. İngilis dili bölməsinə daxil olan tələbələrdən ən zəif tələbənin balı 639-dur və bu bizə gələcəyə pozitiv baxmaq üçün əsas verir”.