Arxiv
22 Sentyabr 2022, 19:16 | AKTUAL
Hökumət gələn ilin büdcə layihələrini MÜZAKİRƏ ETDİ
Hökumət gələn ilin büdcə layihələrini MÜZAKİRƏ ETDİ

Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetinin Azərbaycan Respublikasının 2023-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin, Azərbaycan Respublikasının 2023-cü il və növbəti üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin müzakirəsinə həsr olunan geniş iclası keçirilib.

 

Bu barədə Modern.az-a Nazirlər Kabinetindən məlumat verilib.

 

İclası açan Baş nazir Ə.Əsədov sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində törədilən genişmiqyaslı təxribat nəticəsində şəhid olan hərbçilərimizin əziz xatirəsini ehtiramla yad edib, onların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. Qeyd edilib ki, Azərbaycan Silahlı Qüvvələri bu təxribatın qarşısını qətiyyətlə alıb. Baş vermiş təxribata və artan gərginliyə görə bütün məsuliyyətin Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyü bildirilib.

 

Xüsusi vurğulanıb ki, baş vermiş təxribatlar fonunda ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi və onun daim lazım olan səviyyədə saxlanılması dövlətimizin, o cümlədən Hökumətin birbaşa qarşısında duran əsas və zəruri olan məsələlərdəndir.

 

Qeyd edilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin müdafiə potensialının və ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, onun müasir hərbi texnika və silah-sursatla təchizatı və hərbçilərin sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması hər zaman əsas xərc istiqamətlərindən biri olacaqdır. Bu istiqamətdə gələn ilin büdcəsində 5,3 milyard manatdan artıq vəsait nəzərdə tutulub.

 

Diqqətə çatdırılıb ki, bütövlükdə, 2023-cü il və növbəti 3 il üçün dövlət və icmal büdcə layihələri Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq və Prezidentin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”ndakı hədəflər nəzərə alınmaqla hazırlanıb.

 

2023-cü ilin dövlət büdcəsində Strategiya ilə nəzərdə tutulan layihə və tədbirlərin maliyyələşdirilməsi üçün 5,2 milyard manat vəsaitin ayrıldığı bildirilib.

 

Həmçinin vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədə çıxışı zamanı 2023-cü ilin dövlət büdcəsinin hazırlanması ilə əlaqədar Hökumətə bir sıra tapşırıqlar vermiş, həmin tapşırıqlar büdcə layihəsinin hazırlanması prosesində nəzərə alınıb.

 

Ölkəmizin uğurlu inkişafından söz açan Baş nazir bu müsbət tendensiyanın cari ilin 8 ayının nəticələrində özünü təsdiqlədiyini vurğuladı. “Belə ki, 8 ayda iqtisadi artım 5,8%, o cümlədən qeyri-neft sektoru üzrə 10,3% artmış, qeyri-neft sənayesində 9% artım qeydə alınmışdır. Xarici ticarət dövriyyəmiz 35 mlrd. dollar təşkil etmişdir”, - deyə Baş nazir bildirib.

 

Qeyd edilib ki, hazırda ölkənin strateji valyuta ehtiyatları 2,7 mlrd. dollar artaraq təxminən 56 millyard dollara yaxındır və birbaşa xarici dövlət borcunu 7 dəfədən artıq üstələyir.

 

2023-cü il dövlət büdcəsi layihəsi barədə ümumi məlumat verən Baş nazir büdcə gəlirlərinin 30,7 milyard manat, xərclərinin isə 33,3 milyard manat səviyyəsində nəzərdə tutulduğunu diqqətə çatdırıb. Bildirildi ki, büdcə kəsirinin ÜDM-ə nisbəti 2,4% təşkil edir.

 

Əhalinin, şəhid ailələrinin, qazilərin sosial müdafiəsi və sosial təminatının gücləndirilməsinin, aztəminatlı əhalinin sosial rifahının yaxşılaşdırılmasının daim dövlət başçısının diqqət mərkəzində olduğu vurğulanıb. Qeyd edilib ki, bu istiqamətdə islahatların davam etdirilməsi, inflyasiya təzyiqi nəzərə alınmaqla həssas əhali qruplarına sosial dəstək tədbirlərinin həyata keçirilməsi üçün 2023-cü il üzrə dövlət büdcəsinin sosialyönlü xərcləri cari illə müqayisədə 9,2% çox nəzərdə tutulub.

 

Bildirilib ki, əhalinin sağlamlığının qorunması, icbari tibbi sığortası, dərman preparatlarına olan tələbatın ödənilməsi, müayinə, müalicə və reabilitasiyasının həyata keçirilməsi və bu sahənin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə növbəti ildə səhiyyə sisteminin təminatına da diqqət artırılacaq.

 

“2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən, təhsil sahəsində islahatların aparılmasının əsas hədəflərdən biri kimi müəyyən edildiyi diqqətə çatdırılıb. Ümumi təhsildə islahatların davam etdirilməsi, peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi, ali təhsilin əlçatanlığının və əhatəliliyinin artırılması və bir çox digər istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğu qeyd edilib.

 

Son dövrlərdə müşahidə olunan regional və qlobal geosiyasi çağırışların, istehsal zəncirində qırılmaların, həmçinin daşınma və logistika xərclərinin yüksəlməsinin dünya ərzaq qiymətlərinin bahalaşmasına, ərzaq qıtlığına, əksər ölkələrdə ərzaq məhsulları üzrə inflyasiyanın ikirəqəmli səviyyəyə çatmasına səbəb olduğu diqqətə çatdırılıb.

 

Təbii olaraq dünya ərzaq bazarlarındakı vəziyyətin əksər ölkələrdə olduğu kimi Azərbaycan üçün də ərzaq təminatı və ərzaq təhlükəsizliyi, idxaldan asılılıq səviyyəsinin azaldılması məsələlərini daha da aktuallaşdırdığı bildirilib.

 

Diqqətə çatdırılıb ki, hazırda qlobal miqyasda da əsas çağırışlardan olan ərzaq təhlükəsizliyi tədbirləri üçün dövlət büdcə xərclərinin həcmi də artırılacaq. O cümlədən Azərbaycan Respublikası Prezidentinin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 2022-ci il 19 iyul tarixli Fərmanından irəli gələn tədbirlər üçün gələn ilin dövlət büdcəsində müvafiq vəsaitin nəzərdə tutulduğu qeyd edilib.

 

Eyni zamanda dövlət baçşısının tapşırıqlarına əsasən, kənd təsərrüfatının inkişafının Hökumət üçün əsas prioritetlərdən biri olduğu vurğulanıb. Bildirilib ki, 2023-cü ilin dövlət büdcəsində kənd təsərrüfatının inkişafı üzrə büdcə xərcləri cari illə müqayisədə 20,5% çoxdur.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturların yaradılması məqsədilə 2023-cü ilin dövlət büdcəsində 3 milyard manat vəsaitin nəzərdə tutulduğu diqqətə çatdırılıb.

 

Daha sonra maliyyə naziri Samir Şərifov Azərbaycan Respublikasının 2023-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının 2023-cü il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 2023-cü il üzrə Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcə layihələri haqqında məruzələrlə çıxış ediblər.

 

Müzakirələr zamanı səsləndirilən fikir və təkliflərin “Azərbaycan Respublikasının 2023-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2023-cü il və növbəti üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” layihələrində nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsinə qərar verilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
modern.az modern.az modern.az
İran od tutub yanır - Xalq üsyanı genişlənir
Rusiya Ukraynanın 4 vilayətinin ilhaqı ilə bağlı sazişi TƏSDİQLƏDİ 15:54, Bu gün Ermənistanın keçmiş baş naziri erməniləri müharibəyə çağırdı 15:50, Bu gün Stansiyaların iş rejimilə bağlı yeni QƏRAR 15:46, Bu gün Sərnişindaşıma ilə bağlı TƏKLİFLƏR HAZIRLANIR - Tapşırıq verildi 15:42, Bu gün Ulu Öndərin xidmətləri gənc nəslə örnəkdir 15:38, Bu gün Prezident təqaüdçüsü olan ağdamlı bacılar: “Biz həm də tələbə yoldaşıyıq” 15:34, Bu gün Sabiq rəisə cinayət işi açıldı – Pulla “işə” düzəldirmiş… 15:30, Bu gün Kürdəmirdə DƏHŞƏT - Müəllim arvadına 20 bıçaq vurdu - YENİLƏNİB 15:26, Bu gün İnam Kərimovdan yeni TƏYİNATLAR 15:18, Bu gün Qurban Qurbanovun aylıq maaşı MƏLUM OLDU  15:14, Bu gün BMU-nun tələbəsi Prezident təqaüdünə layiq görüldü 15:10, Bu gün Masallı xəstəxanasının direktoruna yeni vəzifə verildi 15:06, Bu gün İçərişəhərin Qala divarları vandalizm izlərindən təmizlənib 15:03, Bu gün Azərbaycan-İran sərhədində əməliyyat - FOTO 15:00, Bu gün Kolleclərin boş qalan yerlərinə qəbul nəticələri AÇIQLANDI 14:56, Bu gün Prezident təqaüdünə layiq görülənlərdən ikisi bacıdır 14:52, Bu gün 90 mindən çox uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub 14:44, Bu gün Ekspert nazirlə RAZILAŞMADI - "Qəbuldakı yüksək nəticə özəl sektorun hesabınadır" 14:40, Bu gün Əliyar Əliyevin şəhadət günü - Məzarı ziyarət olundu 14:36, Bu gün Londonda həmyerlimizin rəhbərlik etdiyi şirkət “İlin hüquq şirkəti” seçilib 14:32, Bu gün Elnur Məmmədli təltif edildi - SƏRƏNCAM 14:28, Bu gün Bakıda kibertəhlükəsizlik mövzusunda sammit keçirilib - FOTOLAR 14:24, Bu gün Böyük inkişafa aparan yolun başlanğıc tarixi 14:20, Bu gün Ömər Faiq Nemanzadənin yubileyi qeyd ediləcək 14:16, Bu gün Xanım jurnalistə AzTV-də vəzifə verildi 14:12, Bu gün Prezident onları TƏLTİF ETDİ 14:08, Bu gün ÜST Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdıracaq 14:04, Bu gün “Böyük Qayıdış” Cəbrayıldan başlayıb 14:00, Bu gün “Müəllimlər sinif otaqlarını icarəyə götürür” - Deputat 13:56, Bu gün Ukraynada 239 uşaq itkin düşüb 13:52, Bu gün Bakı İrəvandan bunları tələb edir - Paşinyanın arvadının qəzeti 5 tələbi DƏRC ETDİ 13:48, Bu gün AFFA sabah millimizin baş məşqçisi ilə bağlı qərar verəcək 13:44, Bu gün Öldüyü deyilən Xamenei açılışda - FOTO 13:40, Bu gün İnam Kərimov Neftçalada vətəndaşları qəbul edəcək 13:36, Bu gün 80 minədək Rusiya vətəndaşı Gürcüstana qaçıb 13:33, Bu gün PKK liderlərindən biri məhv edildi 13:30, Bu gün Bu sahələr üzrə Nobel mükafatı qaliblərinin adları açıqlandı 13:27, Bu gün “Qızıl Xaç”ın nümayəndəsi Azərbaycandakı ermənilərdən danışdı 13:24, Bu gün Azad edilmiş ərazilərdə daha 2442 mina aşklarlandı 13:20, Bu gün